Page 42 - Sağlam Həyat Jurnalı
P. 42
Müalicə aşağıdakı hallarda tələb olunur:
» oynaqdaxili qanaxmalar zamanı
» əzələdaxili (xüsusilə əl və ayaqlarda baş verən) qanaxmalar
zamanı
» boyun, ağız, dil, üz və gözlərin zədələnmələri zamanı
» başın güclü zədələnmələri və qeyri-adi baş ağrıları zamanı
» müxtəlif nahiyələrdə daimi və güclü qanaxmalar zamanı
» müxtəlif nahiyələrdə bərk ağrı və şişkinlik zamanı
» əməliyyat vasitəsilə tikişlər tələb olunan hər bir açıq yara zamanı
» qanaxma törədə biləcək hər bir bədbəxt hadisədən sonra
Hemofiliyanın müalicəsi zamanı çatışmayan laxtalanma fak-
toru inyeksiya üsulu ilə yeridilir. Bu da səmərəli nəticə verir.
Stomatoloji əməliyyat daxil olmaqla, cərrahi əməliyyatdan və
qanaxmaya səbəb ola biləcək hərəkətlərdən əvvəl hemofiliyalı
xəstələrin MÜTLƏQ müalicəsi aparılmalıdır!
39