Page 41 - Sağlam Həyat Jurnalı
P. 41
Xəstəlikləri tanıyaq
HEMOFİLİYA
HAQQINDA
NƏ BİLİRİK?
Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə
xəstəlikdir. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru
çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən
daha uzun müddət davam edir.
Hemofiliya ilə yalnız kişilər xəstələnir,
genin ötürücüləri isə qüsurlu genin
daşıyıcısı qadınlar olur.
Hemofiliyanın əlamətləri böyük qançırlar, əzələdaxili və
oynaqdaxili qanaxmalar, nadir hallarda rast gəlinən qanaxmalar,
kəsik, diş çəkdirmə, cərrahi əməliyyat, bədbəxt hadisə, xüsusən baş
zədələnmələrindən sonra uzunmüddətli qanaxmalardır.
38