Page 4 - Sağlam Həyat Jurnalı
P. 4
NAXÇIVAN
İSLAM MƏDƏNİYYƏTİ
PAYTAXTI
2018
İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərini özündə yaşadan Naxçıvan
Muxtar Respublikasında milli və mənəvi dəyərlərə hörmətlə yanaşılır, dini
dəyərlər və adət-ənənələr qorunub saxlanılır, abidələr bərpa olunur. Bütün
bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədə -
niyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı
konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı
elan olunmuşdur.