Page 31 - Sağlam Həyat Jurnalı
P. 31
Bitkilərlə müalicə - Fitoterapiya
Kəklikotunun faydaları
Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu
möhkəmləndirir, "qara güvvələr", cinlərlə mübarizə aparır. Kəklikotunu yandırıb onun
tüstüsünü evlərə, uşaqlara, ruhi xəstə insanlara verirdilər. Təbii ki, bütün bunların
həqiqətə heç bir aidiyyatı yoxdur. Lakin kəklikotu həqiqətən çox faydalı otdur və bir
çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.
İlk növbədə kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir:
- beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır;
- sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni
yaxşılaşdırır;
- baş ağrıları zamanı yaxşı kömək edir;
- xroniki yorğunluqla mübarizə aparır;
- yuxunu bərpa edir;
- yaddaşı və təfəkkürü yaxşılaşdırır.
Kəklikotu immun sistemi üçün
də çox xeyirlidir.
Soyuq fəsillərdə kəklikotu çayı
soyuqdəymə xəstəliklərinin
profilaktikası məqsədi ilə istifadə
oluna bilər. Kəklikotu çayı
hazırlamaq üçün 1 çay qaşığı
quru kəklikotu 1 stəkan qaynar suda
20 dəqiqə ərzində dəmlənilir, süzülür
və adi çay kimi içilir. Çaya bal, limon əlavə
etmək olar.Soyuqdəymə xəstəliklərinin ilk
simptomlarında belə çay çox yaxşı təsir edir,
xəstəliyin inkişafını dayandırır.
Kəklikotu çox təsirli spazmolitik vasitədir.
Kəklikotunun köməyi ilə spazmla (sıxılma) bağlı olan ağrıları
(baş ağrısı, bağırsaq spazmı və s.) azaltmaq və ya tam yox etmək mümkündür. Kəklikotu
çay kimi dəmlənilir (yuxarıda göstərilir) və içilir.
Kəklikotu güclü antiseptik və antibakterial təsirə malikdir.
Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları, tonzillit zamanı qarqara üçün
istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra
süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.
28